SOCAR və MAIRE neft-kimya sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

SOCAR və MAIRE neft-kimya sahəsində əməkdaşlığı genişləndirəcək -

Sentyabrın 28-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.

SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının iki ölkə arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.

Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.




Mənbə: bizim.media