ABŞ və Çin hər iki tərəfdən təxminən 30 milyard dollar dəyərində həssas olmayan mallara daha əlverişli tariflərin tətbiqini nəzərdə tutan çərçivə üzrə razılaşmanın detallarını açıqlayıb.
“30-30” çərçivəsinə əsasən, tərəflər bu mallar üzrə tarif endirimlərinin müəyyənləşdirilməsi üçün dialoq aparacaq və ticarəti izləyəcək.
ABŞ-nin Çindən idxal edəcəyi məhsullar, əsasən, kiçik məişət texnikası, oyuncaqlar və gündəlik istehlak mallarını əhatə edir.
Çinin ABŞ-dən idxal siyahısına isə kənd təsərrüfatı və qida məhsulları, dəniz məhsulları, süd məhsulları, eləcə də, ultrasəs cihazları, kardiostimulyatorlar və MRT avadanlıqları kimi tibbi texnologiyalar daxildir.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, çərçivə ABŞ-nin Çinə kənd təsərrüfatından tibbi cihazlara qədər müxtəlif məhsullar üzrə bazara çıxışını genişləndirəcək.
Tərəflərin razılaşması ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında ticarət əlaqələrinin yaxşılaşdırılması istiqamətində aparılan danışıqlar çərçivəsində əldə olunub.
Mənbə: qafqazinfo.az