Finlandiyada minimum pensiya yaşının mərhələli şəkildə 70 yaşa qədər artırılması təklif olunur.
Bu barədə Yle məlumat yayıb.
Məlumata görə, ölkənin Maliyyə Nazirliyinin hesablamalarına əsasən, pensiya yaşının hər növbəti nəsil üçün 6 ay artırılması əmək bazarında çalışanların sayını 50–120 min nəfər artıra bilər.
Təklifin məqsədi ölkədə əmək resurslarını artırmaq və demoqrafik dəyişikliklərin yaratdığı problemlərin qarşısını almaqdır.
Bizim.Media
Mənbə: bizim.media