Azərbaycanda ən çox uçuş bu tarixdə edildi - REKORD REYS

Azərbaycanda ən çox uçuş bu tarixdə edildi - REKORD REYS

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Hava Yolları" QSC ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.

Bu barədə aviaşirkətdən məlumat verilib.

Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

"Azərbaycan Hava Yolları" QSC "AZCON Holding" şirkətlərindən biridir.

Mənbə: olke.az