Dövlət borclanmaya limit qoyur

Dövlət borclanmaya limit qoyur

Büdcədə dövlət borclanmasının yuxarı həddi müəyyənləşib

2027-ci il dövlət büdcəsində dövlət borclanmasının yuxarı həddi müəyyənləşib.

Bu, Milli Məclisə daxil olan büdcə zərfində əksini tapıb.

Sənəddə qeyd olunub ki, Azərbaycan Respublikasının 2027-ci il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 6 000 000,0 min manat və il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi (limiti) 6 000 000,0 min manat məbləğində təsdiq edilsin.

Mürtəza

Mənbə: olke.az