Amerika Birləşmiş Ştatları və Kanada Konqres seçkilərindən əvvəl Kanada poladı və avtomobillərinə ABŞ tariflərinin azaldılmasını nəzərdə tutan ticarət razılaşması əldə edə bilərlər.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ Ticarət naziri Hovard Lutnik və Kanadanın Agentliklərarası işlər naziri Dominik LeBlank bu məsələ ilə bağlı "daimi əlaqədədirlər".
Agentliyin mənbələri 3 noyabrda keçiriləcək ara seçkilərdən əvvəl razılığa gəlmək ehtimalını istisna etmir. Vaşinqton Ottavadan əlavə güzəştlərə ümid edir.
Qeyd edək ki, oktyabrın 25-də Prezident Donald Tramp ABŞ və Kanadanın bir neçə ay ərzində ticarət razılaşmasına gələ biləcəyini deyib. Ağ Ev Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett qeyd edib ki, iki tərəf fəal şəkildə ticarət danışıqları aparır.
Mənbə: musavat.com