Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi - Siyahıda kimlər var?

Rusiyalı zənginlər 28 milyard dollardan çox itirdi - Siyahıda kimlər var?

Bloomberg Billionaires Index-in oktyabr ayının sonuna olan məlumatlarına görə, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2026-cı ilin əvvəlindən bəri 28 milyard dollardan çox azalıb.

Dərc olunan yeni reytinqə görə, ən böyük itkini Vladimir Potanin yaşayıb. Onun sərvəti 8,1 milyard dollar azalıb. Potanindən sonra ən çox itki ilə üzləşən rus özəl investisiya fondu olan "Onexim"in təsisçisi və sahibi Mixail Proxorovdur. O, 4,86 ​​milyard dollar vəsait itirib. İlk üçlüyü sərvəti 3,8 milyard dollar azalan Mixail Fridman tamamlayır.

Sərvətlərinin bir hissəsini itirənlər siyahısında həmçinin "Telegram" mesajlaşma tətbiqinin həmtəsisçisi Pavel Durov da var. Bundan başqa, NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin, NOVATEK-in həmtəsisçisi Leonid Mixelson və başqaları da bu arzuolunmaz siyahıya düşüblər.

Müəllif: Tural

Mənbə: publika.az