Azərbaycanda karxanalara milyon manatlıq cərimələr yazılıb – İCAZƏ SƏNƏDLƏRİ DAYANDIRILIB - "SƏHVLƏRİNİ BOYNUNA ALSINLAR"

Azərbaycanda karxanalara milyon manatlıq cərimələr yazılıb – İCAZƏ SƏNƏDLƏRİ DAYANDIRILIB - "SƏHVLƏRİNİ BOYNUNA ALSINLAR"

Azərbaycanın bəzi bölgələrində karxanaların işləri dayandırılıb, onlara fəaliyət göstərməsi üçün tələb olunan sənədlər verilmir.

 

Eyni zamanda bölgələrdə fəaliyət göstərən bəzi qum-çınqıl karxanalarına böyük məbləğdə cərimələr tətbiq edilib.

Bu barədə FED.az-a karxana sahibləri məlumat verib. Onların sözlərinə görə, cərimələr, daha dəqiqi, bu cərimələrə səbəb olacaq, aktlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən tərtib edilib.

Agentlik karxanalarda aşkra edilən pozuntulara əsasən belə aktlar yazıb. Əsas pozuntular kimi karxana üçün ayrılan ərazilərdən kənara çıxma, torpağın münbit qatının korlanması, eləcə də yerinə təkinin nəzərdə tutulandan daha artıq qaydada istismar edilməs i, sadə desək, icazə verilən dərinlikdən artıq qazmaqla yerin təkini korlamaq qeyd edilir.

Belə aktlar müxtəlif bölgələrdə – Quba, Tərtər, İmişli və sair ərazilərdəka karxanalara yazılıb.

İş adamları bildirir ki, yazılan aktlar nəticəsində onlara böyük cərimələr hesablanacaq. Belə ki, yuxarıda sadalanan pozuntulara görə tərtib edilən aktlarda karxanaların minlərlə kubmetr qanunsuz istifadə etdiyi göstərilir. Hər kubmetrə görə cərimə isə 500 manatdır: «Bizim karxana ilə bağlı 276 min kubmetr kənaraçıxma yazılıb. Bu təqribən 1,3 milyon manat deməkdir. Bizim obyekt bu pulu 5 il çalışsa da ödəyə biliməz» - deyə iş adamlarından biri FED.az-a bildirib.

Ümumilikdə tərğib edilən aktlar çərçivəsində tətbiq edilə bilən cərimələrin məbləği 50 min manatdan 2 milyon manatadək dəyişir. İş adamları ümumilikdə bu pozuntuların olduğunu təsdiqləsələr də, onları narazı salan məsələ ondan ibarətdir ki, bəziləri bu karxanaları sonradan icarəyə götürüb və pozuntuların bir hissəsi illər əvvəl baş verib. Amma hazırda idarəçi onlar olduqlarına görə cərimələr də onlara yönəlidlir.

Digər tərəfdən iş adamları bildirir ki, pozuntulara görə, əvvəllər onlara irad tutulmayıb və belə iradlar olsa idi, onlar problemi vaxtında həll edirdilər. Sahibkarlar əvvəllər baş verən pozuntulara görə belə böyük cərimələrin tətbiqini düzgün saymırlar.

İş adamları bildirir ki, məsələ ilə bağlı Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri ilə bir neçə dəfə görüşüblər. Qarşı tərəfə bildirilib ki, əldə edilən vəsaitlərin bir hissəsi yeni avadanlıqların alınmasına sərf edilir.

Bundan başqa, aşkar edilən pozuntular əsas tutularaq bəzi karxanaların fəaliyyətinə qadağa qoyulub. İş adamları bildirirlər ki, bir qayda olaraq ilin əvvəlində Dağ-mədən İnkişaf Planı adlanan sənəd alınır və onun əsasında karxana işə başlayır. Bu il isə həmin sənədlərin verilməsi dayandırılıb.

Sahibkarlar bu məsələlərin Agentliyin nümayəndələri ilə görüşdə müzakirə ediləcəyini bildirirlər.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəhbəri Samir Qurbanov FED.az-a açıqlamasında pozuntuya yol vermiş karxanalar barədə çoxsaylı aktların tərtib edildiyini və onların fəaliyyətinin dayandırıldığını təsdiqləyib. Onun sözlərinə görə, İmişli, tərtər və Qubada ümumilikdə 100-dən çox karxananın fəaliyyəti dayandırılıb. Eyni işlər digər rayonlarda da aparırılr, Agentlik rəhbəri detalları açıqlamasa da bildirdi ki, bütün respublika üzrə nəzarət tədbirləri davam etir, araşdırmalar aparılır nəticələri də açıqlanacaq.

S.Qurbanov bu işlərin qanun çərçivəsində həyata keçirildiyini və pozuntuların sübut edildiyini bildirir: «Karxanaların fəaliyyətinə dövlət nəzarəti gücləndirilib. İndi karxanalara həm «Azerkosmos»un imkanları, həm də dronlar vasitəsilə nəzarət edilir. Bu sahədə fəaliyyət göstərən böyük karxcanaların hamısı monitorinq olunub, fəaliyyəti izlənilib və müvafiq qərarlar çıxarılıb. Bəzilərinin fəaliyyəti dayandırılıb bəziləri isə cərimələnib».

Agentlik rəhbərinin sözlərinə görə, əsas pozuntu karxanaların təyin olunmuş sərhədlərdən kənara çıxması və yerin təkindəki sərvətlərin qanunsuz istismarıdır: «Onlara ayrılmış sahədən kənarda fəaliyyət göstəriblər. Dövlətin sərvəti olan yerin təkinə münasibətdə qanunsuz fəaliyyət göstəriblər, faktiki olaraq qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olublar».

Nəticədə həmin şəxslərə aktlar tərtib edilib və sanksiyalar qoyulub: «Burada iki məsələ nəzərə alınıb – cərimələr və təbiətə vurulan ziyanın məbləği. Nazirlər Kabinetini müəyyən etdiyi normalar vıar. Təbiətə dəyən zərər hesablanır və həm də inzibati cərimələr tətbiq edilir».

Qeyd edək ki, bəzi cərimələrin məbləği böyükdür və hətta milyon manatlara çatır. S.Qurbanov hər şeyin qanuni olduğunu bildirir: «Nə iş görüblər, hansı pozuntuya yol veriblər, fəaliyyətlərinə görə də cərimə müəyyən edilib».

«Sahibkarlar bu cərimələri işələyərək ödəyə bilərlərmi?» sualına gəlincə, Nazirlik rəsmisinin sözlərinə görə, bunun üçün sahibkarlar pozuntular etiraf etməli və əməkdaşlığa hazır olduqlarını göstərməlidirlər: «Onlar ümumiyyətlə əməkdaşlığa hazırdırlarmı?! Agentiliyə müraciət etsnilər, gəlsinlər, boryunlarına alsınlar ki, qanunsuz fəaliyyətləri olub, desinlər ki, biz bunu eləmişik. Desinlər istəyirik əməkdaşlıq edək, məsələnin həlli ilə bağlı kömək edin və bizə aministiya verin. Onu edərlərsə biz təbii ki, məsələyə baxacağıq. Biz də başa düşürük ki, sahibkarlıq inkişaıf etməlidir. Amma o sahibkarlar ki, problemin olduğnu qəbul edirlər. Biz belələri ilə görüşməyə hazırıq, bizimlə görüş imkanı həmişə var».

Qeyd edək ki, Agentlik nümaynədələri artıq sahibkarlarla görüşlərə başlayıblar: «Biz sahibkarlarla da görüşlər keçiririk. Qubada, Tərtər və İmişlidə icra hakimiyyətində iş adamları ilə görüş keçirmişik. Onlar da səhmlərini etiraf etdilər».

Amnistiya imkanına gəlincə, Agentlik rəhbəri bildirir ki, ödəmələr bir maənalı edilməlidir: «Amnistiya birmənalı şəkildə demək olmur hansı sahibkarlara münasibətdə olacaq. Hər bir karxana sahibinin borcudur ki, düzgün istismar işləri aparsın, təbiəti qorusun və ehtiyatların tükənməsinə yol verməsin. Amma bu gün bunun əksi baş verir. Əgər yatağın ehtiyatları tükənibsə, hansı amnistiyadan söhbət gedə bilər? Ehtiyatları tükədib, dövlətin sərvətini qoyub cibinə, dövlətə külli miqdarda ziyan vurub, indi də deyir mən amnistiya istəyirəm. Dövlət bu sahəni nəzarətsiz qoymayacaqdı ki. Ölkənin sərvətinə hörmətlə yanaşmaq lazımdır. Onu qorumayan sahibkara nə ad vermək olar. Təbiətə dövlət sərfətinə zərər vurub – elə bilir cəzasız qalacaq? Qanun tələbi var. Təbii ki, bu artıq qanun çərçivəsində baxılmalıdır».

«Dövlətin ödəmələri məcburidir – bu birmənalıdır»-deyən Agentlik rəhbərinin sözlərinə görə, sahibkarlara dəstək lazımdır, amma o sahibkara ki, qanunvericilik çərçivəsində işləyir: «Belə sahibkarlar bizim dostumuzdur. Amma qanunu pozan sahibkarlar qanun çərçvəsində tam sərtliyi ilə cəzalanacaqlar».

Prosesdən narazı olanlar isə məhkəməyə müraciət edə bilərlər: «Hansısa sahibkar dövlət orqanının fəaliyyətindən narazıdırsa, məhkəmyə müraciət edə bilər. Amma məhkəməyə verməkdə qorxurlar, heç kim vermir məhkəməyə, çünki qanun pozuntuları çoxdur. bizim əliimzdə bütün sübutlar var – dronlar «Azərkosmos»dan çəkilişlər, hətta «Google» xəritələri və sair».

Xatırladaq ki, ölkədə karxanaların fəaliyyəti ilə bağlı yeniliklər bir qədər başlayıb. Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi elan edib ki, tikinti materiallarının çıxarıldığı faydalı qazıntı yataqları hərrac qaydasında istifadəyə veriləcək. Artıq bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında razılaşma əldə olunub. «İlkin olaraq Ağcabədi, Beyləqan, Goranboy, Göygöl, Qazax, Tovuz rayonlarında yerləşən yataqların hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mövcud olan faydalı qazıntı yataqları yenidən qiymətləndirildikdən sonra həmin yataqların da qanunvericiliyə əsasən hərrac vasitəsilə istismara verilməsi planlaşdırılır»-deyə bildirilib.

Mənbə: fed.az