Azərbaycanda cəmi depozit bazası azalıb

Azərbaycanda cəmi depozit bazası azalıb

Bu ilin yanvarın 31-nə kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 23 189,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 6,6% azdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, aylıq müqayisədə bu göstərici 2% azalıb.

Qeyd edək ki yerləşdirilmiş depozitlərin 56,5%-i xarici valyutada olub. Beləliklə, dollarlaşma son 6 ilin minimumunda qalmağa davam edir. Cəmi depozitlərin bundan aşağı dollarlaşması son dəfə 2015-ci ilin yanvarında (52%) qeydə alınıb.

Mənbə: apa.az