Azərbaycanda daha bir virus təhlükəsi: 18 günədək gizli qalır – İnfeksionistdən XƏBƏRDARLIQ

Azərbaycanda daha bir virus təhlükəsi: 18 günədək gizli qalır – İnfeksionistdən XƏBƏRDARLIQ

Sərhəd qonşumuz İranda quş qripi epidamiyası günü-gündən kəskin hal almaqdadır. Belə ki, sözügedən xəsətəlik səbəbi ilə ölkədə 1 milyona yaxın quş məhv edilib. Bundan əlavə digər qonşumuz Rusiyada isə ilk dəfə insanda bu xəstəlik təsbit edilib.

Qarşıdan yaz ayının gəlişini, yəni quşların miqrasiyasını nəzərə alsaq, xəstəliyin Azərbaycanda yayılma ehtimalı insanı narahat etməyə bilmir. Bundan əlavə İran və Rusiyadan quş əti məhsulları ölkəyə idxal olunmaqda davam edir.

Maraqlıdır, belə olan halda quş qripinin Azərbaycanda yayılma riski nə qədər çoxalır? Xəstəliyin yayılmasının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov quş qripinin Azərbaycana gəlmə riskinin qaçılmaz olduğunu bildirib:

"Quş qripi son zamanlar əks-səda doğurub. Xəstəlik adətən vəhşi quşlar arasında yayılır. Onlar xəstəliyi yüngül keçirsələr də, yoluxduruculuq qabiliyyətinə malikdirlər. Köçəri quşların miqrasiyası indiki vaxtda təbii ki, xəstəliyin yeni-yeni regionlara, o cümlədən Azərbaycanda yayılmasına da gətirib çıxara bilər.

 

Quş qripi qrip virusunun bir növüdür. Xəstəlik ümumilikdə ağır keçir. Bəzi hallarda 18 günədək xəstəliyin gizli dövrü hesab olunur. Üşütmə ilə başlayan xəstəlik sonradan əzələ ağırısı və hərarətlə müşayiət olunur. Bundan başqa baş və boğazda ağrı olur, burundan ifrazat gəlir. Hətta bəzi ölkələrdə diareya və bağırsaq pozğunluğu müşahidə olunub. Xəstəliyin ən pis tərəfi tənəffüs çatışmazlığıdır ki, bu da bəzən ölüm halları ilə müşahidə olunur".

İnfeksionist ciddi yoxlanışın təşkil edilməli olduğunu qeyd edib:

"Xəstəlik hava damcı yolu ilə keçir. İnsanlara yoluxma quş əti və quş yumurtası vasitəsi ilə olur. İran və quş qripinin yayıldığı digər ölkələrdən quş ətinin idxalına məhdudiyyətin qoyulması yaxşı olardı. Bundan əlavə idxal olunan məhsullara ciddi nəzarət lazımdır. Yoxlanışdan keçirilməyən məhsulların satışına şərait yaratmaq olmaz". sfera

Mənbə: olaylar.az