Macarıstan bu tarixdə Rusiya qaz və neftindən imtina edəcək

Macarıstan bu tarixdə Rusiya qaz və neftindən imtina edəcək

Macarıstan Rusiya qazından və ehtimal ki, neftindən də imtina etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Anita Orban deyib. O, bildirib ki, ölkə Avropa İttifaqının Rusiya qazının tədricən dayandırılması üçün son tarixinə (30 sentyabr 2027-ci il) əməl edəcək. Macarıstandan başqa, bu son tarix yalnız iki Aİ ölkəsinə - Slovakiya və Yunanıstana aiddir.

Bundan əlavə, Orbanın sözlərinə görə, Budapeşt alternativ neft mənbələri axtarır, çünki Rusiya şirkətlərindən Lukoil və Rosneft-dən alış-verişə icazə verən ABŞ sanksiyalarından müvəqqəti güzəşt 21 noyabrda başa çatır.

Mənbə: musavat.com