IMF adambaşına gəlir proqnozunu azaldıb

IMF adambaşına gəlir proqnozunu azaldıb

İnkişaf edən ölkələrdə adambaşına gəlir həcmi 2022-ci ilin sonunda pandemiyadan əvvəlki proqnoza nisbətən 22 faiz az olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) icraçı direktoru Kristalina Georgiyevanın açıqlamasında bildirilib.

“2022-ci ilin sonunda inkişaf etmiş ölkələrdə adambaşına gəlirin böhrandan əvvəlki proqnozlara nisbətən 13 faiz, kasıb ölkələrdə 18 faiz, Çin istisna olmaqla inkişaf edən ölkələrdə isə 22 faiz olacağını ehtimal edirik. Adambaşına gəlirin gözlənilən bu zəifləməsi inkişaf edən dünyada milyonlarla insanın hesabına artacaq”, - açıqlamada qeyd olunub.

Təşkilat rəhbərinin fikrincə, səhiyyədəki mövcud böhrandan əvvəl inkişlaf etmiş ölkələrlə 11 inkişaf edən ölkələr arasında adambaşına gəlir fərqinin 2020-2022-ci illərdə azalacağı gözlənilsə də, hazırda bu gözlənti yalnız 52 inkişaf edən ölkəyə dair özünü doğruldur.

IMF rəhbəri bunun səbəbini qismən koronavirus vaksinlərinin qeyri-bərabər bölüşdürülməsində olduğunu bildirib. //Report

Mənbə: redaktor.az