Bakının işıq, qaz, su problemi: Bu ərazidə istilik də kəsildi

Bakının işıq, qaz, su problemi: Bu ərazidə istilik də kəsildi

Fevralın 23-dən başlayaraq yağan qar paytaxtın sosial infrastrukturlarında bir sıra fəsadlar yaradıb. İctimai nəqliyyatın hərəkətində problemlər yaranıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Fevralın 24-ü günorta saatlarından etibarən Bakının Xətai rayonunda bir sıra küçələrində istiliyin verilməsi dayandırılıb. Cebhe.info xəbər verir ki, rayonun Mehmandarov, Neapol, Nəsrəddin Tusi küçələrində istilik verilmir. N.Tusi küçəsində 21, 23, 29 ünvanlarında günorta ssatlarından istilik yoxdur.
Qeyd edək ki, həmin ərazilərə mənzillərə "Azəristiliktəchizat" ASC tərəfindən istilik verilir.

Aydın
 

Mənbə: cebhe.info