Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib

Conson ÜTT rəhbərini G7 zirvəsinə dəvət edib

Britaniyanın baş naziri Boris Conson Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okondjo-Ivealunu cari ilin iyun ayında İngiltərənin Kornuol şəhərində keçiriləcək G7 sammitinə dəvət edib.

Trend-in TASS-a istinadən verdiyi xəbərə görə, B.Consonun idarəsinin yaydığı məlumatda bildirilir.

"Baş nazir önümüzdəki aylarda Okondjo-Iveala ilə yaxından əməkdaşlıq etməyi səbirsizliklə gözləyir və onu G7-nin iyun sammitində Kornuoldada qəbul etməkdən məmnun olacaq", - məlumatda deyilir.

Mənbə: az.trend.az