Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısı - Rebrendinqə Gedir

Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçısı - Rebrendinqə Gedir

“Günay Kənd Təsərrüfatı Məhsulları” Açıq Tipli Səhmdar Cəmiyyəti səhmdarlarının 30 mart 2020-ci il saat 10:00-da keçiriləcək növbədənkənar ümumi yığıncağına dəvət edir.

FED.az Banker.az-a istinadən xəbər verir ki, yığıncaq Xaçmaz rayonu, Çarxı kəndində baş tutacaq.

Aşağıdakı məsələlər növbədənkənar ümumi yığıncağın gündəliyinə daxil edilmişdir:

1. Nizamnamənin yeni redaksiyada təsdiq edilməsi.

2. “Günay Kənd Təsərrüfatı Məhsulları” ATSC-nin ad dəyişikliyinin təsdiq edilməsi.

3. Digər məsələlər.

Mənbə: fed.az