Nvidia səhmləri 8,6 faiz ucuzlaşdı - Huangın istefası gözlənilir

Nvidia səhmləri 8,6 faiz ucuzlaşdı - Huangın istefası gözlənilir

"Nvidia" səhmləri 8,6 faiz ucuzlaşıb. Buna səbəb şirkətin rəhbəri Censen Huangın istefası ilə bağlı mümkün qərar barədə yayılan məlumat olub.

Publika.az xəbər verir ki, “The Wall Street Journal” Direktorlar Şurasının yaxın vaxtlarda Huangın istefasını razılaşdıra biləcəyini yazıb.

Bakı vaxtı ilə saat 03:21-də şirkətin səhmləri 8,65 faiz ucuzlaşaraq 158,71 dollara düşüb.

Xatırladaq ki, noyabrın 8-də "Nvidia" Direktorlar Şurası Huang barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Şirkət rəhbəri elektron məktubunda Çinin xeyrinə casusluqda şübhəli bilinən qadınla yaxın münasibətdə olduğunu etiraf edib. Çin Xarici İşlər Nazirliyi isə qadının Çin kəşfiyyatı ilə əlaqəsi barədə iddiaları təkzib edib.

“The New York Times”ın məlumatına görə, Huangın şirkətin vitse-prezidenti Kimberli Pauelllə də yaxın münasibəti olub.

Mənbə: publika.az