ABŞ-da iqtisadiyyatı bərpa etmək üçün vergi yükü artırıla bilər

ABŞ-da iqtisadiyyatı bərpa etmək üçün vergi yükü artırıla bilər

 

Koronavirus pandemiyasından sonra iqtisadiyyatın bərpa olunması planlarının maliyyələşdirilməsi üçün korporativ sahə başda olmaqla vergitutmanın gücləndirilməsinə ehtiyac yarana bilər.
ABŞ-ın maliyyə naziri xanım Canet Yellen “The New York Times” qəzetinə müsahibəsində “Kapital artmına qoyulan vergilərin artırılmasını gözləmək olarmı?” sualına cavab olaraq bildirib ki, “bu sualı nəzərdən keçirməyə dəyər”. O, prezident Co Baydenin mənfəət vergisini 21 faizdən 28 faizə qaldırmaq barədə bəyanatına toxunaraq fiziki şəxslərdən tutulan vergilərin dərəcələrinin artırılmasının əleyhinə olduğunu qeyd edib. “Sərvət vergisinin tətbiqi ilə bağlı məsələ müzakirə olunub, ancaq prezident Bayden bu planları dəstəkləmir”. Nazir vurğulayıb ki, illik gəliri 400 min dollardan az olan şəxslərdən belə bir vergi tutulmayacaq.

Xanım Yellen maliyyə tranzaksiyalarına vergi tətbiq olunub-olunmayacağı ilə bağlı suala isə ehtiyatla yanaşaraq deyib: “Belə bir qərarın verilməsinin mümkün nəticələrini əvvəlcədən diqqətlə təhlil etmək zəruridir”.

 

Mənbə: vergiler.az