Soyuq hava nefti bahalaşdırdı

Texasdakı soyuq hava fonunda neft istehsalının dayanması səbəbiylə neft qiymətləri artır.

Cebhe.info xəbər verir ki, Orta Şərqdə artan gərginlik və COVID-19 peyvəndinə olan ümidlər də neft qiymətlərinin artmasına səbəb olur.

Məlumata görə, şaxtalı hava şəraiti ABŞ-ın ən böyük xam neft istehsal edilən əyaləti olan Texasda quyuların və neftayırma zavodlarının işinin dayandırılmasına səbəb olub. Bundan sonra neftin qiyməti artmağa başlayıb.

“ExxonMobil”, “Total”, “Valero” və “Shell” də daxil olmaqla neft şirkətləri "görünməmiş dondurucu hava şəraiti" səbəbi ilə əməliyyatları müvəqqəti dayandırıb.

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Ərdoğana doğum günü sürprizi edilib

SONRAKI XƏBƏR

Qarabağda tapılan erməni cəsədlərinin sayı AÇIQLANDI