Larinin manata qarşı məzənnəsi dördaylıq minimuma enib

Larinin manata qarşı məzənnəsi dördaylıq minimuma enib

Fevralın 26-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,5112 manata enib. Bu göstərici son dörd ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

"APA-Economics"in hesablamalarına görə, bundan əvvəl larinin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 11-də qeydə alınmışdı – 0,5105 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də (0,7179 manat) çatmışdı, ən aşağı səviyyəsi isə 2020-ci ilin noyabrın 5-də (0,5067 manat) qeydə alınmışdı.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 2,0661 manata, 1 Rusiya rublu 0,0229 manata, 1 türk lirənin məzənnəsi isə 0,2298 manata enib.

Mənbə: apa.az