Neft son saatlarda qiymət itkisi ilə üzləşib – eniş davam edir

Neft son saatlarda qiymət itkisi ilə üzləşib – eniş davam edir

Birjalarda ABŞ dollarının indeksinin bahalaşması ilə neftin qiyməti ucuzlaşıb.

Banker.az Bakı vaxtı ilə 17:10 radələrinə olan göstəricilərə görə aprel fyuçerslərində olan iki neft markasında önəmli qiymət itkisi müşahidə edilib.

Londonun qitələrarası fond birjasında (ICE) Brent markalı xam neftin qiyməti 1.12 dollar, yaxud 1.67% ucuzlaşma ilə 65.76 dollar/barrelə düşüb.

Nyu-Yorkun əmtəə birjasında (NYMEX) WTI markalı xam neftin qiyməti isə 1.60 dollar, yaxud 2.52% enişlə 61.93 dollar/barrelə düşüb.

Xatırlatma
ABŞ dollarının 6 əsas valyuta səbəti qarşısındakı indeksi 0.572 bənd, yəni 0.63% artımla 90.707 bəndə qədər (Bak.vax.: 15:30) irəliləyib. Bu fevralın 7-dən sonra ən yüksək artımdır.

Mənbə: banker.az