Dolların bahalaşması qızılı ucuzlaşdırdı

Dolların bahalaşması qızılı ucuzlaşdırdı

ABŞ dollarının son günlər bahalaşması nəticəsində hərraclarda qızıl dörd sessiyadır ucuzlaşmaqda davam edir.

“Report” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 18:57-yə olan vəziyyətə görə Nyu Yorkun Comex birjasında qızılın aprel fyuçersi 1,62 faiz ucuzlaşaraq 1.746,75 ABŞ dollarınadək, gümüşün mart fyuçersi isə 3,63 faiz ucuzlaşaraq 26,635 dollardan satılıb.

WSJ xəbər verir ki, “Commerzbank”ın ekspertlərinin qənaətincə, qızılın ucuzlaşması və dolların bahalaşması ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsinin artması ilə bağlıdır.

Qeyd edək ki, dörd hərrac sessiyasıdır ucuzlaşan qızıl 1 800 dollar səddindən aşağıda qalır. Belə ki, bu həftə ABŞ dövlət istiqrazlarının gəlirlilik səviyyəsi illik maksimuma çatıb.

Mənbə: www.bizimyol.info