ABŞ-dakı aktiv qazma qurğularının sayı 400-ü ötüb

ABŞ-dakı aktiv qazma qurğularının sayı 400-ü ötüb

Bakı, 27 fevral, AZƏRTAC

Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı artır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd artaraq 402 olub. Lakin buna baxmayaraq, keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 388 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 4 ədəd artaraq 309 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 369 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 92 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 18 ədəd geriləyib. Müxtəlif təyinatlı qazma qurğularının sayı isə 1 ədəd olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Mənbə: azertag.az