Ermənistanda orta aylıq əməkhaqqı azalıb

Ermənistanda orta aylıq əməkhaqqı azalıb

Ermənistanda orta aylıq nominal əməkhaqqı azalıb. Azvision.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3,8% azalıb. Hesabat dövründə Ermənistanda orta nominal əməkhaqqı 183 760 dram olub. Eyni zamanda, 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabrı ilə müqayisədə bu göstərici 19,5% azalıb.

Dövlət və özəl sektorda da orta aylıq əməkhaqqı azalıb. Belə ki, 2021-ci ilin yanvarında, ötən ilin eyni dövrü ilə müqayisədə Ermənistanın dövlət sektorunda orta nominal əməkhaqqı 0,1% azalaraq 160 279 dram olub. Cari ilin yanvarında ötən il dekabr ayı ilə müqayisədə bu azalma 29,1% təşkil edib.

Özəl sektorda 2021-ci ilin yanvar ayında 2020-ci ilin eyni dövrü ilə müqayisədə orta nominal əməkhaqqı 5,4% azalaraq 194 873 dram təşkil edib. Eyni zamanda, 2021-ci ilin yanvar ayında 2020-ci ilin dekabrına nisbətən azalma 15% olub.

Pərvanə Sultanova

Mənbə: azvision.az