Maaş artımı istəyənlərə vacib tövsiyə: Rəhbərliklə nə vaxt danışmaq lazımdır?

Maaş artımı istəyənlərə vacib tövsiyə: Rəhbərliklə nə vaxt danışmaq lazımdır?

Maaş artımı ilə bağlı rəhbərliklə danışıqlara şirkətin büdcəsi təsdiqlənməzdən əvvəl, yəni Yeni il ərəfəsində başlamaq daha məqsədəuyğundur. İşçi konkret məbləğ, artım tarixi və tələbinin əsaslarını əvvəlcədən müəyyənləşdirməlidir.

bu barədə biznes-strateq və böhran meneceri Yana Kaqramanyan “İzvestiya” qəzetinə danışıb.

Ekspertin sözlərinə görə, maaş artımı üçün əsas arqument işçinin şirkətə verdiyi ölçülə bilən fayda olmalıdır. Buraya gəlirlərin artırılması, xərclərin azaldılması, müştərilərin saxlanılması və iş prosesində səhvlərin minimuma endirilməsi daxildir.

Həmçinin işçinin vəzifə öhdəliklərinin davamlı genişlənməsi və əlavə istiqamətlərə cavabdehlik daşıması da maaş artımı üçün əsas sayıla bilər. Lakin birdəfəlik əlavə iş yükü kifayət qədər əsas deyil.

Kaqramanyan işçilərə öz nailiyyətlərini və şirkətə töhfələrini konkret göstəricilərlə rəhbərliyə təqdim etməyi tövsiyə edib. Əməkhaqqı ilə bağlı bazar göstəricilərini də nəzərə almaq vacibdir.

Əgər rəhbərlik dərhal maaş artımına razılıq vermirsə, növbəti müzakirə üçün konkret tarix və qərarın hansı meyarlar əsasında veriləcəyini razılaşdırmaq tövsiyə olunur.

Müəllif: Adəm

Mənbə: publika.az