“Turan Bank”da yeni departament rəhbəri təyin edilib

“Turan Bank”da yeni departament rəhbəri təyin edilib

“Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.

Banker.az xəbər verir ki, bu departamentə rəhbərlik, indiyə qədər hazırkı vəzifənin müvəqqəti icraedicisi olan Emil Həsənov təyin edilib.

O, 7 ildir ki, “Turan Bank”da çalışır. 2018-ci ilin iyulundan bu departamentin direktor müavini idi. Buna qədər departamentin rəhəbri Bəxtiyar Məmmədov idi. Onun vəzifəsindən ayrılmasından sonra, E.Həsənov departamentə müvəqqəti icraedici kimi rəhbərlik edirdi.

Hazırda “Turan Bank”ın strukturunda 11 departament fəaliyyət göstərir.

Mənbə: banker.az