Türkiyədə maya ayına kimi əhalinin 60 faizinin peyvəndlənməsi planlaşdırılır

Türkiyədə maya ayına kimi əhalinin 60 faizinin peyvəndlənməsi planlaşdırılır

Türkiyənin peyvənd proqramına əsasən növbəti üç ayda əhalinin 60%-ə yaxını peyvənd ediləcək.

Bununla bağlı ölkənin hətta dağ kəndlərində peyvəndləmə işləri aparılır.

Türkiyə Çinin “Sinovac” əczaçılıq şirkətinin istehsalı olan peyvənd alıb və yanvarın 14-dən indiyədək ölkədə 8.2 mln-dan çox insan peyvənd olunub.

Peyvənd insanlara iki dozada vurulur. Ikinci doza birincidən 28 gün sonra vurulur.

Rəsmi Ankara həmçinin 4.5 dozada Pfizer-Biontek peyvəndi sifariş verib.

Fevralın 26-da səhiyyə naziri Fahrettin Koca may ayına kimi 52.5 mln insanın peyvənd ediləcəyini bildirmişdi.

Hazırda ölkə əhalisinin 10%-ə peyvəndin birinci dozası vurulub.

REAL

Mənbə: www.realtv.az