Zəngəzur dəhlizi inkişafa keçiddir - VİDEO

Zəngəzur dəhlizi inkişafa keçiddir - VİDEO

10 Noyabr bəyanatına əsasən yaradılacaq Zəngilan dəhlizi mahiyyət etibarı ilə bölgədə böyük perspektivlərin yaradılmasına imkan yaradacaq. Yəni üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırılmasına tam nail olunacaq.

Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi əhəmiyyəti də olduqca mühüm məsələlərdəndir. Dəhliz Azərbaycanla yanaşı region ölkələri üçündə iqtisadi cəhətdən xüsusi önəm kəsb edir. Dəhliz Azərbaycan, Türkiyə, Rusiya və İran iqtisadiyyatına geniş imkanlar pəncərəsi açacaq.

Qeyd edək ki, 10 noyabr bəyanatının 9-cu maddəsinə əsasən Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur.

Mənbə: www.realtv.az