Qlobal istiləşmə Avropanın şimalında kəskin soyuqlara səbəb ola bilər

Qlobal istiləşmə Avropanın şimalında kəskin soyuqlara səbəb ola bilər

Şimali Avropa, İrlandiya və İngiltərəni isti saxlayan hava cərəyanları gələn əsrdə istiqamətlərini dəyişə və daha soyuqlaşa bilər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu elmi araşdırma İrlandiya, Almaniya və İngiltərəli alimləri tərəfindən müəyyənləşdirilib. Aparılan müşahidələr nəticəsində məlum olub ki, 1871-ci ildən bəri bu cərəyanların istilik gücündə 15 faiz azalma var.
Qeyd edək ki, həmin hava kütləsi “Atlantik Meridional Tipping Circulation” və ya “AMOC” adlanır. Mütəxəssislər, həmin cərəyanların şimala hər 10 saniyədə Xirosima bombası gücündə istilik enerjisi gətirdiyini və şimaldakı ölkələrin havasını isti və nəmli saxladıqlarını ifadə ediblər. Tədqiqatın nəticələrinə görə, qlobal istiləşmənin gələcək əsrdə, yəni 2100-cü ildə öz təsirini göstərəcəyi bildirilib.
 

Mənbə: www.yeniavaz.com