Özbəkistan tərəfindən verilən 10 günlük vizasız səyahət qanunu qüvvəyə mindi

Özbəkistan tərəfindən verilən 10 günlük vizasız səyahət qanunu qüvvəyə mindi

Özbəkistanda turizmi inkişaf etdirmək məqsədi ilə 5 ölkənin vətəndaşlarına verilən 10 günlük vizasız səyahət etmək hüququ qüvvəyə minib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qərar Türkmənistan prezidenti Şövkət Mirziyoyevin ölkədə turizmin inkişafı ilə bağlı imzaladığı sərəncama əsasən tətbiq olunacaq.
Sözügedən 5 ölkə Bəhreyn, Qətər, Küveyt, Oman və Çindir. Belə ki, bu ölkələrin vətəndaşları yeni tətbiq olunan hüquqdan yararlanmaq üçün 3-cü bir ölkəyə və ya öz ölkələrinə qayıtmaq üçün aldıqları uçuş biletini təqdim etməli olacaqlar.
Qeyd edək ki, fərmana əsasən Çin vətəndaşlarının 7 günlük vizasız ölkədə olma hüququ 10 günə qalxıb.

Mənbə: www.yeniavaz.com