“OPEC+” iclası öncəsi dünyada neft qiymətləri

“OPEC+” iclası öncəsi dünyada neft qiymətləri

Neft qiymətləri “OPEC+” iclasının keçiriləcəyi həftəyə yüksılişlə başlayıb.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, müddətli müqavilələr Nyu-York bazarlarında cümə günü 3,2 faiz dəyər itirsə də, sonradan bareli 63 dollara qədər yüksəlib.

Cümə axşamı toplanacaq “OPEC+” koalisiyası istehsal həcmini artıracağı gözlənilir.

Səudiyyə Ərəbistanının energetika naziri istehsalçılara diqqətli olmaları ilə bağlı xəbərdarlıq etsə də, qrupdakı ölkələrin necə bir mövqe sərgiləyəcəkləri hələ də naməlumdur.

“OPEC+”un azaltmalarından əlavə, xam neftin qiymətinin yüksəlməsinə Asiya bazarlarındakı tələb də təsir göstərib. ABŞ Prezidenti Co Baydenin 1,9 trilyon dollarlıq təşviq paketinə bir addım da yaxınlaşması neft qiymətlərinə müsbət təsir göstərib.

“OPEC+” iclası çox vacibdir. Bazarlar “OPEC+”un bir az artıma gedəcəyi halda, hələ də vəziyyət müsbət qala bilər, ancaq böyükhəcmli artım qısa vədədə vəziyyəti pisləşdirə bilər.

“Nymex”in aprel fyuçerslərində 2,3 faiz yüksıliş qeydə alınıb və qiymət barelə görə 62,92 dollar civarındadır.

“Brent”in may fyuçersləri 1,7 faiz qalxaraq, 65,51 dollara çatıb.

Mənbə: qafqazinfo.az