Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indekslərində artım olub

Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indekslərində artım olub

Ötən ilin dördüncü rübündə tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksləri üçüncü rüblə müqayisədə 100,3 faiz, o cümlədən yerüstü tikililər üzrə 100,1 faiz, yol və körpü tikintisi üzrə isə 101,5 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddət ərzində yaşayış evləri üzrə qiymət indeksi 99,8 faiz, sosial təyionatlı binalar üzrə 100,2 faiz, inzibati tikililər üzrə 100,7 faiz, ümumtəhsil məktəbləri üzrə 100,1 faiz, istehsal təyinatlı obyektlər üzrə 101,2 faiz, sənaye obyektləri üzrə isə 101,2 faiz olub.

Mənbə: azertag.az