Ərdoğan Azərbaycanla bağlı vacib sənədi İMZALADI

Ərdoğan Azərbaycanla bağlı vacib sənədi İMZALADI

Ərdoğan Azərbaycan məhsullarının Türkiyəyə ixracını rüsumsuz təmin edən sənədi imzalayıb.

Cebhe.info xəbər verir ki, iki ölkə arasındakı ticarət sazişi qüvvəyə minib.

Bu saziş çərçivəsində bəzi Azərbaycan ərzaq məhsulları üçün rüsumsuz tarif kvotası açılıb. Azərbaycanın pendiri, xurması, üzümü, gavalısı, qara çayı, bitki mənşəli yağı, şokolad növləri, xiyar və turşuları, soyulmuş pomidoru, cemi, alma şirələri daxil olmaqla 15 mal qrupu üzrə həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.

Əlavə edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” ötən ilin fevralın 25-də Azərbaycan İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ruhsar Pekcan Bakıda imzalayıblar.

Gülnarə Məmmədova

Mənbə: cebhe.info