Kəngərli rayonunda 100 hektar ərazidə püstə bağı salınıb

Kəngərli rayonunda 100 hektar ərazidə püstə bağı salınıb

Kəngərli, 2 mart, AZƏRTAC

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq Kəngərli rayonu ərazisində 100 hektar sahədə püstə bağı salınıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2016-2017-ci illərdə həyata keçirilən tədbirlər çərçivəsində 29 min 250 püstə fidanından istifadə olunub. 100 hektar ərazini əhatə edən püstə bağının ətrafında əlavə olaraq 4 hektar sahədə qoruyucu yaşıllıq zolağı əkilib.

Ümumilikdə, proqramın icrası müddətində 13 tingçilik təsərrüfatı, 28,1 hektar sahədə meyvə toxmacarlığı yaradılıb, 1128,5 hektar sahədə meyvə və üzüm bağı salınıb, 554 hektar sahədə tinglə bərpa, 483,5 hektar sahədə toxumla əkin aparılıb. Bağların salınması üçün 870 min 352, bərpa tədbirləri məqsədilə 138 min 500 meyvə tingindən istifadə olunub.

 

Mənbə: azertag.az