İdarə heyyətinin iki üzvü “Rabitəbank”ı tərk edib

İdarə heyyətinin iki üzvü “Rabitəbank”ı tərk edib

“Rabitəbank” ASC-nin iki baş direktoru vəzifəsindən azad edilib.

“Finans.az”ın bankdan əldə etdiyi məlumata görə, Binnət Novruzov və Ceyhun İbrahimov öz istəkləri ilə “Rabitəbank”dan gediblər. Onların yerinə təyinat olmayıb.

Xatırladaq ki, C.İbrahimov 1994-cü ildən, B.Novruzov isə 2010-cü ildən “Rabitəbank”da çalışıb. Hər iki şəxs İdarə Heyyətinin üzvü olub.

Mənbə: finans.az