Azərbaycan İndoneziyaya 50 min dollar yardım etdi

Azərbaycan İndoneziyaya 50 min dollar yardım etdi

Azərbaycan İndoneziyada fəlakətin aradan qaldırılması üçün 50 min dollar məbləğində maliyyə yardımı göstərib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Belə ki, bu maddi dəstək bu ilin yanvarında Qərbi Sulavesini vuran zəlzələnin nəticələrini aradan qaldırmaq üçün edilib.

İndoneziyanın Qırmızı Xaç Komitəsinin baş katibi Sudirman Səid göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirib və bu cür dəstəyin iki ölkə xalqlarının qardaşlığının bir simvolu olduğunu vurğulayıb.

Öz növbəsində Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev Azərbaycan-İndoneziya əlaqələrinin möhkəmləndiyini qeyd edib.

Xatırladaq ki, yanvarın 14-də İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib. Nəticədə təxminən 95 min nəfər yaralanıb, 100-dən çox insan həlak olub və onlarla infrastruktur obyektləri və binalar dağılıb.

Gülnarə Məmmədova

Mənbə: cebhe.info