Ət idxalı kəskin azalıb

Ət idxalı kəskin azalıb

Bakı, 2 mart, AZƏRTAC

Keçən ay ölkəyə 2357 ton ət idxal edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 4,3 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin yanvarında dəyəri 7,4 milyon dollar olmaqla 4637 ton ət idxal edilib.

 

Mənbə: azertag.az