Azərbaycan, Qazaxıstan və Türkiyənin vitaminli duz istehsalı layihəsinə start verildi

Azərbaycan, Qazaxıstan və Türkiyənin vitaminli duz istehsalı layihəsinə start verildi

İzmir azad iqtisadi zonasında fəaliyyət göstərən “Al Karal Gida Sanayi Mamülleri Ticaret A.Ş.” şirkəti vitaminli duz istehsalı fabrikini istifadəyə verib.

Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.

Layihəyə edilən yatırımlar 5 milyon dollar dəyərində qiymətləndirilir, bu barədə layihənin direktoru Fərhad Ömərov məlumat verib.

Onun sözlərinə görə, müasir istehsalat sexinin tikintisi və təchizatı rekord müddətə – 8 aya başa çatıb.

“Yeni “Al Karal” duzunun çeşidinin əsas hissəsi Almaniya, Hollandiya, Finlandiya, İngiltərə, BƏƏ, ABŞ, Kanada, Azərbaycan və Qazaxıstana ixrac ediləcək”, – deyə Ömərov qeyd edib.

Layihə direktoru bunun Azərbaycan, Qazaxıstan və Türkiyənin ortaq işi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Al Karal Gida A.Ş” şirkəti adıgey duzu və təbii üzvi vitamin komponentlərindən və fermentləşdirilmiş maddələrdən funksional qida məhsullarının istehsalı ilə məşğul olur. Bu şirkət dünyada ilk dəfə yeməli dəniz duzunu istehsal etməyə başlayıb. Yeni məhsulların təməli – Azərbaycan əsilli biotexnoloq Fərhad Ömərovun Avropa və Türkiyədə aldığı patentlərdir.

Mənbə: banker.az