Behnam Qurbanzadənin Rusiya “Sberbank”dakı vəzifəsi yüksəldi

Behnam Qurbanzadənin Rusiya “Sberbank”dakı vəzifəsi yüksəldi

Azərbaycanda banklarından karyerasına start verən Behnam Qurbanzadə Rusiyanın ən böyük bankı “Sberbank”dakı vəzifəsi yüksəlib.

Banker.az-ın ona yaxın mənbədən əldə etdiyi məlumata görə, “Sberbank” da İslam Bankçılığı üzrə Baş icraçı direktor təyin edilib. O, buna qədər “Sberbank”ın İdarə Heyəti müavininin müşaviri vəzifəsində idi.

2021-ci ilin fevralında B.Qurbanzadə Rusiyanın “Sberbank”nın BƏƏ paytaxtında fəaliyyət göstərən törəmə bankı “Sberinvest Middle East”da İslam bankçılığı üzrə baş icraçı direktor təyin edilib.

Behnam Qurbanzadə “PayZakat” layihəsinin yaradıcısıdır. Bu platforma vasitəsi ilə müsəlmanlar zəkat və xeyriyyəçilik işlərinə sərf etmək istədikləri maliyyə vəsaitini ünvanına çatdıra bilərlər.

Qeyd edək ki, B. Qurbanzadə 2012-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İslam bankçılığın departamentinin rəhbəri olub. Ardından “AFB Bank”da Baş xəzinə inzibatçısı kimi çalışmışdır. Bundan bir müddət sonra B. Qurbanzadə “Amrahbank”ın İdarə Heyəti sədrinin müavini təyin olunub, lakin bu vəzifədə qısa müddətdə işləyiv. Bundan sonra bankir Rusiyaya üz tutub.

Mənbə: banker.az