Türkiyə bankları yanvarda 600 milyon dollara yaxın - Xalis Mənfəət Əldə Edib

Türkiyə bankları yanvarda 600 milyon dollara yaxın - Xalis Mənfəət Əldə Edib

Bu ilin yanvar ayında Türkiyənin bank sektorunun xalis mənfəəti 4,341 milyard lirə (təxminən 591 milyon ABŞ dolları) təşkil edib.

 

FED.az xəbər verir ki, bu barədə qonşu ölkənin Bank Tənzimlənməsi və Nəzarət Qurumunun (Bankaçılıq Düzenleme və Denetleme Kurumu - BDDK) hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu il fevralın 1-nə sektorun aktivləri 6 044,937 milyard lirə (təxminən 823 556 milyon dollar) olub ki, bu da yanvarın 1-i ilə müqayisədə 1% azdır.

Türkiyə banklarının aktivlərinin 3 554,598 milyard lirəsini (484 278 milyon dollar) onların kredit portfeli, 1 014,556 milyard lirəsini (138 223 milyon dollar) qiymətli kağızlara investisiyaları təşkil edib. Bunlar aylıq müqayisədə müvafiq olaraq 0,6% və 0,8% azdır.

Hesabat dövründə bank sektorunun öhdəliklərinin əsas hissəsini təşkil edən depozit portfeli 1,1% azalaraq 3 418,592 milyard lirəyə (465 748 milyon dollar) düşüb, balans kapitalı isə 0,9% artaraq 604,717 milyard lirəyə (82 387 milyon dollar) çatıb. 

Mənbə: fed.az