Ötən il paytaxtda inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Ötən il paytaxtda inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri görüb

Bakı, 2 mart, AZƏRTAC

2020-ci ildə paytaxtda tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 65,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 5,9 faizini cari təmir, 22,7 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, ümumi inşaat işlərinin 88,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

Mənbə: azertag.az