Martda virusun 4-cü dalğası başlayacaq: "Bütün qazancları itirmək ərəfəsindəyik"

Martda virusun 4-cü dalğası başlayacaq: "Bütün qazancları itirmək ərəfəsindəyik"

"Mutasiya variantları yayılır. İndiyə qədər qazandığımız bütün qazancları itirmək ərəfəsindəyik. Bu mutasiyalar həm xalqımız, həm də inkişafımız üçün real təhlükədir".

Cebhe.info xəbər verir ki, bu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yaydığı məlumatda deyilir.

CDC-nin qiymətləndirmələrinə görə, yüksək yayılma sürətinə malik olan B117 (İngiltərə mutasiyası olaraq da bilinir), ABŞ -da mart ayında əsas pandemiyaya çevrilə bilər. Bildirilir ki, bununla da ölkədə koronavirisun 4-cü dalğası başlayacaq.

Qeyd edək ki, ABŞ-da COVID 19-a yoluxma hallarının sayı 29 milyonu, can itkisi 527 mini keçib.

Mənbə: cebhe.info