Maliyyə Nazirliyi təmizlik işlərinə 233 min manat xərcləyəcək

Maliyyə Nazirliyi təmizlik işlərinə 233 min manat xərcləyəcək

Maliyyə Nazirliyinin inzibati binasında təmizlik xidmətinin, tullantıların atılması, xalça və pərdələrin yuyulması xidmətinin satın alınması müsabiqəsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, 233 min 640 manat məbləğində olan tenderin qalibi "Vertical Service" MMC olub. Tenderin şərtləri açıqlanmayıb.

Qeyd edək ki, 21.01.2019 tarixində yaradılan MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir.

Şirkət indiyə kimi 5 satınalmanın qalibi olub. Ötən il yanvarın 13-də Maliyyə Nazirliyin inzibati binasında dəhliz və otaqlardakı kovralit döşəmənin kimyəvi təmizlənməsi, fasad və görüntülü liftlərin şüşələrinin təmizlənməsi xidmətinin kotirovka sorğusu üsulu ilə satınalınmasını qazanıb. Satınalmanın məbləği 7854.08 manat olub.

Şirkətin qalib gəldiyi satınalmaları araşdırdıqda məlum olur ki, "Vertical Service" MMC komputer satışından başlamış, generatorların və su nasoslarının təmiri, təmizlik işləri və s. ilə məşğuldur.

Şirkətlə bağlı internet resurslarında məlumatlar məhduddur.

 

Mənbə: qaynarinfo.az