Kərə yağı və süddən hazırlanan digər yağların idxalı artıb

Kərə yağı və süddən hazırlanan digər yağların idxalı artıb

Yanvar ayında ölkəyə 1070 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən yağların dəyəri 5,3 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni ayında dəyəri 4,9 milyon dollar olmaqla 1007 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal edilib.

AZERTAG.AZ :Kərə yağı və süddən hazırlanan digər yağların idxalı artıb

Mənbə: azertag.az