Qazaxıstan Gürcüstana müntəzəm aviareysləri bərpa edir

Qazaxıstan Gürcüstana müntəzəm aviareysləri bərpa edir

Qazaxıstanın “Air Astana” avişirkəti martın 16-dan etibarən həftədə 3 dəfə Almatı-Tbilisi-Almatı marşrutu üzrə müntəzəm aviareysləri bərpa edəcək.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında müntəzəm uçuşların bərpa edilməsi qərarı Gürcüstan tərəfinin bu il martın 1-də qüvvəyə minən Qazaxıstan vətəndaşları üçün Gürcüstanın dövlət sərhədindən keçməsinə qoyulan məhdudiyyətlərin ləğv etdikdən sonra qəbul olunub.

Uçuşlar çərşənbə axşamı, cümə və bazar günləri “A320/321” təyyarələrində sanitariya və epidemioloji tələblərə tam uyğun olaraq və aviaşirkətin internet saytlarında dərc olunmuş cədvələ uyğun olaraq həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın 6 ölkə ilə hava sərhədləri açıldığı bildirilmişdi. Martın 1-dən etibarən Gürcüstana təyyarə ilə Qazaxıstan, Azərbaycan, Rusiya, Ukrayna və Belarusdan koronavirusun mənfi test haqda arayışı olduqda səyahət etmək mümkündür.

Mənbə: azertag.az