Tacikistandan Azərbaycana gələnlərin sayı artıb

Tacikistandan Azərbaycana gələnlərin sayı artıb

 2019-cu ildə Azərbaycana səfər edən Tacikistan vətəndaşlarının sayı 50% artaraq 3500 nəfərə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədri Tojiddin Jurazoda arasında videokonfrans formatında görüşündə qeyd edilib.

Görüşdə turizm şirkətlərinin əlaqələndirlməsinin təmin edilməsi və iki ölkə arasında birbaşa aviauçuşların açılması perspektivləri kimi məqamların vacibliyi vurğulanıb.

 

Mənbə: abc.az