Moskvada “MDB - 30 il” iqtisadi forumu keçiriləcək

Moskvada “MDB - 30 il” iqtisadi forumu keçiriləcək

Martın 11-12-də Müstəqil Dövlətlər Birliyinin (MDB) 30 illiyi şərəfinə Moskvada “MDB - 30 il” şüarı altında Beynəlxalq İqtisadi Forum keçiriləcək.

“Report”un məlumatına görə, forum MDB İcraiyyə Komitəsinin dəstəyi ilə “MDB-nin İqtisadi İnkişaf Mərkəzi” Assosiasiyası tərəfindən təşkil olunacaq.

Forum hibrid formatda keçiriləcək. Onlayn platformada MDB ölkələrinin şirkətləri, malları, regionları haqqında məlumatlar olan marketpleys təqdim olunacaq, turizm konqresi və “COVID-19 koronavirus pandemiyasının MDB-yə üzv dövlətlərin iqtisadiyyatına mənfi nəticələri və onların birgə həll yolları” mövzusunda dəyirmi masa keçiriləcək.

Üzbəüz surətdə isə baş nazir müavinlərinin, Birlik ölkələri nazirlərinin, iqtisadi inkişaf, maliyyə, inteqrasiya, sənaye və ticarət nazirliklərinin rəhbərlərinin, ekspert cəmiyyəti, ticarət-sənaye palataları, sənaye birlikləri, bank strukturları və biznes nümayəndələrin iştirakı ilə MDB İqtisadi Şurasının plenar iclası keçiriləcək.

İclası MDB İcraiyyə Komitəsinin sədri – MDB-nnin icraçı katibi Sergey Lebedev keçirəcək.

Mənbə: virtualaz.org