Portuqaliya dərman ixracının dəyərini artırıb

Portuqaliya dərman ixracının dəyərini artırıb

Portuqaliyanın əczaçılıq sektoru dərman ixracının dəyərini artırıb.

AZƏRTAC xəbər verir ki, “Bluepharma” əczaçılıq şirkətinin prezidenti Paulo Barradasın sözlərinə görə, Portuqaliya dərman istehsalını 2020-ci ildə qeydə alınmış 32 milyon avrodan 40 milyona avroya çatdırmaq və bununla da ixrac imkanlarını 85 faizdən çox artırmağı planlaşdırır.

“Bluepharma” şirkəti də daha çox klinik sınaqlar aparmaq və peyvəndlərin istehsalında irəliləmək niyyətindədir. Bu məqsədlərə nail olmaqdan ötrü şirkət növbəti on il üçün təxminən 200 milyon avro məbləğində strateji investisiya planı hazırlayıb. Planda milli əczaçılıq klasterində yüksək səviyyəli böyük texnoloji parka çevriləcək “Bluepharma” parkının tikintisi də nəzərdə tutulub.

Mənbə: azertag.az