Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısı ləğv edildi

Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısı ləğv edildi

Azərbaycanda daha bir şirkət ləğv edildi.

Banker.az xəbər verir ki, Prometal MMC ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1029 Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bunyadov küçəsi, ev 122a, mənzil 122a ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Prometal” MMC Azərbaycanda polimer örtüklü dəmirin ilk istehsalçısıdır. Bu şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Şahmar Şahmarlıdır.

Mənbə: banker.az