“Azərsu” ASC 2 aydır maaş vermir? – Qurumdan rəsmi cavab

“Azərsu” ASC 2 aydır maaş vermir? – Qurumdan rəsmi cavab

“Azərsu” ASC-nin işçilərindən biri Cebhe.info-ya müraciət edərək 2 aydır əməkhaqqı almadıqlarını deyib.

Şikayətçi bildirib ki, cari ilin yanvar, fevral aylarının maaşları hələ verilməyib. Məsələ ilə bağlı “Azərsu” ASC ilə əlaqə saxladıq.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Cebhe.info-ya açıqlamasında məlumatın həqiqət olmadığını deyib:

“Tamamilə yalandır. Yanvar ayının maaşları tam şəkildə ödənilib. Maaşları ay bitəndən sonra ödənilir. Fevral ayı da təzə bitib, maaşlar ödənəcək”.

Mənbə: cebhe.info