Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli” layihəsindən 574,5 milyon dollar qazanıb

Neft Fondu bu il “Azəri-Çıraq-Günəşli” layihəsindən 574,5 milyon dollar qazanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində cari ilin yanvar-fevral aylarında 574 milyon 543 min ABŞ dolları gəlir əldə edib.

Bu barədə AZƏRTAC-a ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun 2020-ci ildə AÇG layihəsi üzrə gəliri 3 milyard 522,7 milyon dollar olub.

 

Mənbə: azertag.az